...

Azərbaycan və Rusiya XİN rəsmilərinin növbəti görüşü Moskvada keçiriləcək

Siyasət Materials 20 Oktyabr 2006 14:51 (UTC +04:00)

Rusiya və Azərbaycan XİN-lərinin informasiya departamentləri rəhbərlərinin görüşündə qarşılıqlı əməkdaşlığa dair bir çox məsələlər geniş müzakirə olunub. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Tədbirin açılışında Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadığov iştirak edib. T. Tağızadə rusiyalı həmkarı Mixail Kamıninlə informasiya bölmələrinin fəaliyyətində ümumi problemləri, eləcə də işin əsas prioritetlərini müzakirə edib. O, iki saat davam edən danışıqları konstruktiv qiymətləndirib.

Görüşdə qərara alınıb ki, danışıqların növbəti raundu Moskvada keçirilsin. Xatırladaq ki, Rusiya və Azərbaycan XİN-lərinin informasiya departamentləri rəhbərlərinin ilk belə görüşü keçən il Bakıda keçirilib. Növbəti görüşün tarixi bu gün, danışıqların ikinci yarısında müəyyən olunacaq.

T. Tağızadə əlavə edib ki, Azərbaycan XİN-i bu cür dialoq çərçivəsində məsləhətləşmələri yalnız Rusiya ilə aparır.

Rusiya XİN-in informasiya və mətbuat departamenti başçısı Mixail Kamıninin Azərbaycana səfəri sabah başa çatacaq.

Xəbər lenti

Xəbər lenti