...

Bakıda "Xəzər nefti, qazı və yataqları-2006" konfransı öz işinə başlayıb

Siyasət Materials 25 Oktyabr 2006 12:27 (UTC +04:00)
Bakıda "Xəzər nefti, qazı və yataqları-2006" konfransı öz işinə başlayıb

Trend in xəbər verdiyi kimi, oktyabrın 25-də Bakıda "Xəzər nefti, qazı və yataqları-2006" elmi-təcrübi konfransı öz işinə başlayıb.

Konfransın açılışında çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, hazırda ölkədə neft və qaz hasilatının həcminin xeyli artması müşahidə olunur.

"Bu il Azərbaycan 40 mln tonadək neft hasil etmək niyyətindədir. 2007-ci ildə isə bu həcm 50 mln. tonadək təşkil edəcək", - deyə nazir qeyd edib. 2007-ci ildə ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatını xeyli artırmağı nəzərdə tutur ki, nəticədə ölkədə neft hasilatının ümumi səviyyəsi 50 mln. tonadək artacaq.

N.Əliyevin sözlərinə görə, belə konfransın keçirilməsi ölkənin enerji sektorunun inkişafı, xüsusilə gələcəkdə yataqların öyrənilməsi və səmərəli işlənməsi üçün böyük əhəmiyyət kəsb edir. İki gün davam edəcək konfransda neft və qaz hasilatı, karbohidrogen nəqli ilə bağlı məsələlərin, geologiya və geofizikanın inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Konfrans ölkənin Sənaye və Energetika Nazirliyi tərəfindən təşkil olunub və 2 ildə bir dəfə keçirilir.

Xəbər lenti

Xəbər lenti