...

ƏN Səhiyyə İdarəsinin rəisi: "Məhkumlar arasında vərəmə yoluxma halları azalır"

Siyasət Materials 25 Oktyabr 2006 17:48 (UTC +04:00)

Azərbaycanda məhkumlar arasında vərəmə yoluxma halları azalır. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsindən məlumat verilib.

Vərəm xəstəliyinin qarşısını alan ən başlıca səbəb vərəmli məhkumların müalicə müəssisəsində ən effektli dərman preparatları ilə müalicə olunmasıdır.

Bu layihə Beynəlxalq Qızıl Xaç Komitəsi Texniki və Qlobal Fondun maliyyə dəstəyi ilə cari ilin aprel ayından başlşayaraq həyata keçirilir.

Səhiyyə İdarəsindən bildiriblər ki, ən müasir aparatlarla həyata keçirilən müayinələr nəticəsində məlum olub ki, son bir il ərzində müalicə müəssisəsinə daxil olmuş məhkumlardan 400 nəfəri bu xəstəliyə ilk dəfə yoluxub.

Hazırda müasir avadanlıqlar və dərman preparatları hesabına son illər vərəmə yoluxma hallarının azalması müşahidə edilir.

Qeyd edək ki, Avropa Şurasının müvafiq komissiyası tərəfindən Azərbaycanın penitensiar sistemi ilə əlaqədar hazırlanmış layihə çərçivəsində vərəmli məhkumlar üçün nəzərdə tutulmuş 3 saylı müalicə müəssisəsinin bir sıra yeni avadanlıqlarla təchizatı da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti