...

Səfir: Belarus Dağlıq Qarabağ münaqişəsinin Minskdə nizamlanması üçün yekun sənədə şərait yaratmağa hazırdır

Siyasət Materials 8 Noyabr 2006 13:30 (UTC +04:00)

Belarus Dağlıq Qarabağ münaqişəsinin məhz Minskdə nizamlanması üçün yekun sənədə şərait yaratmağa hazırdır. Trend xəbər verir ki, bu barədə noyabrın 8-də Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib.

O bildirib ki, ölkəsi Dağlıq Qarabağ problemini böyük təlaşla nəzərdən keçirir. "Münaqişənin mahiyyəti və nəticələri bizə aydındır. Çernobıl AES təcrübəsindən köçkün problemi Belarusa tanışdır", - deyə səfir qeyd edib. Onun sözlərinə görə, bu, hökümət üçün milyardlarla ziyan, dövlət üçün mənəvi və insan itkisidir.

"Biz ümid edirik ki, münaqişəni beynəlxalq prinsiplər əsasında həll etmək mümkün olacaq və sülh sazişinin məhz Minskdə imzalanması üçün hər cür şərait yaratmağa hazırıq", - deyə səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti