...

Azərbaycan prezidenti vətənə qayıdıb

Siyasət Materials 21 Noyabr 2006 20:18 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərini başa vurub. Trend AzTV telekanalına istinadən xəbər verir ki, bövlət başçısı bu gün vətənə qayıdıb.

Qeyd edək ki, səfərinin sonuncu günü prezident Şeyx Zaid məscidində BƏƏ-nin keçmiş prezidenti Şeyx Zaid bin Sultan əl Nahyanın məzarını ziyarət edib. Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Daha sonra dövlət başçısı Dubayda Cəbəl Əli açıq ticarət zonasının fəaliyyəti ilə tanış olub və həyata keçirilən iri layihələrin təqdimatında iştirak edib. Bundan başqa, o, Dubay əmiri, BƏƏ-nin vitse-prezidenti şeyx Məhəmməd bin Rəşid Əl Maktunla da görüşüb.

Xəbər lenti

Xəbər lenti