...

Avropa Birliyində Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verirlər

Siyasət Materials 1 Dekabr 2006 13:06 (UTC +04:00)

Azərbaycan Avropa Birliyinin (AB) əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi ölkələr siyahısında mühüm yer tutur. Trend xəbər verir ki, bu barədə Fransanın Jan Jeres Fondunun direktor müavini Mişel Tyuven Azərbaycanda "AB-nin Azərbaycanda yeri və rolu" mövzusunda keçirilən sorğunun nəticələrinə həsr olunmuş "dəyirmi masa"da bildirib.

Sorğu Fondun Azərbaycanın "Üçüncü minillik" ictimai təşkilatı ilə birgə layihəsi çərçivəsində keçirilib. Təşkilatın direktoru Rəna Cavadova qeyd edib ki, 5 minə yaxın respondentin iştirak etdiyi sorğu ölkənin bütün bölgələrini əhatə edib. Nəticələr göstərib ki, respondentlərin əksəriyyəti Azərbaycanın AB-yə inteqrasiyası prosesini dəstəkləyir. Bəzi respondentlərin fikrincə, AB Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində də mühüm rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti