...

Azərbaycan parlamentinin nümayəndə heyəti Pakistanda görüşlər keçirib

Siyasət Materials 1 Dekabr 2006 14:14 (UTC +04:00)

Pakistanda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin üzvləri bu ölkədə bir sıra görüşlər keçiriblər. Nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə Trend ə ekskuliziv açıqlamasında bildirib ki, onlar Pakistan parlamentinin hər iki palatasının- Senat və Milli Assambleyanın rəhbərliyi ilə görüşüblər.

Azərbaycan parlamentinin nümayəndə heyəti Pakistanın Xarici İşlər Nazirliyində, Senatın Xarici Əlaqələr Komitəsində də olublar. Keçirilən görüşlərdə Azərbaycan- Pakistan əlaqələri, Azərbaycanın enerji siyasəti və dünyada artan nüfuzuna dair müzakirələr aparılıb.

A.Mollazadə qeyd edib ki, dekabrın 1-də Azərbaycan parlamenti nümayəndə heyətinin iştirakı ilə Pakistan Dövlət Univeristetində dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycanın enerji siyasəti və iki ölkə arasında olan əlaqələrin müxtəlif sahələrinə dair müzakirələr aparılıb.

"Keçirilən bütün görüşlərdə Azərbaycanla Pakistan arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı. Rəsmi İslamabad Azərbaycanın ərazi bütövlüyün tanıyır və Pakistanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməz qalır. Pakistan Dağlıq Qarabağ münaqişəsinə görə hələ də Ermənistanla diplomatik əlaqələ qurmayıb və problemin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə tərəfdardır", deyə Asim Mollazadə bildirib.

O, həmçinin əlavə edib ki, iki ölkə bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. "Pakistanda Azərbaycana xoş münasibət var".

Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Pakistanla əlaqələr üzrə işçi qrupun rəhbəri, Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli və deputatlar Asim Mollazadə və İsa Həbibbəyli daxildir.

Nümayəndə heyətinin səfəri dekabrın 3-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti