...

Gürcüstan qaz və neft korporasiyasının prezidenti: "Şahdəniz" yatağından qazın bölüşdürülməsi üzrə danışıqlar uğurla gedir

Siyasət Materials 14 Dekabr 2006 17:57 (UTC +04:00)
Gürcüstan qaz və neft korporasiyasının prezidenti: "Şahdəniz" yatağından qazın bölüşdürülməsi üzrə danışıqlar uğurla gedir

Bu gün Bakıda 2007-ci ildə Azərbaycanın "Şahdəniz" yatağından bu ölkəyə düşən qaz payının bölüşdürülməsi məsələsi üzrə Azərbaycan, Gürcüstan və Türkiyə arasında danışıqların birinci mərhələsi baş tutub.

Gürcüstan qaz və neft korporasiyasının prezidenti Aleksandr Xetaqurinin verdiyi xəbərə görə, bu gün tərəflər arasında fikir mübadiləsi olub.

"Bugünkü görüşün yekunları hər bir iştirakçı-şirkətin daxilində müzakirə olunacaq, sabah isə konkret qərarlar qəbul olunacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda konseptual məsələ və problemlər müzakirə olunub.

"Biz bütün problemləri həll etmək və uğurlu olan danışıqları davam etdirmək istəyirik. Qaz həcmlərinin bölüşdürülməsi haqqında razılıq artır var. Üç ölkənin energetika nazirləri ilə bu məsələ həll olunub və gündəlikdən çıxarılıb. İndi yalnız müqavilənin kommersiya təfərrüatları müzakirə olunur", - deyə o bildirib.

Tbilisi Azərbaycanın "Şahdəniz" yatağından qaz tədarükünün azalmasına nail olmaq istəyir. Yataqdan ilk qaz Gürcüstana dekabrın 15-də daxil olmağa başlayacaq. Əvvəlki razılaşmalara əsasən, Gürcüstan 2007-ci ildə illik 1,8 milyard kubmetr tələbatla "Şahdəniz"dən yalnız 250 milyon kubmetr qaza iddia edə bilər.

Xəbər lenti

Xəbər lenti