...

Azərbaycan prezidenti fevralda Almaniyaya rəsmi səfər edəcək

Siyasət Materials 16 Yanvar 2007 12:54 (UTC +04:00)
Azərbaycan prezidenti fevralda Almaniyaya rəsmi səfər edəcək

2007-ci ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankina bildirib.

O bildirib ki, Azərbaycan prezidenti Azərbaycanın iqtisadi mühitini təmsil edən böyük nümayəndə heyəti ilə Almaniyaya səfər edəcək. Səfir qeyd edib ki, Almaniyanın Azərbaycana marağı gündən-günə artır və ona görə Almaniya hökuməti çox şaddır ki, Azərbaycan prezidenti Federativ Respublikaya səfəri çərçivəsində bu nümayəndə heyətinə başçılıq edəcək.

Xəbər lenti

Xəbər lenti