...

Millət vəkili Aydın Abbasov: "Azərbaycanın öhdəlikləri Monitorinq Komitəsində bir daha müzakirə olunacaq"

Siyasət Materials 24 Yanvar 2007 15:35 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Abbasov Trend ə açıqlamasında bildirib ki, iclasda ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə olunub: "Müzakirələr yüksək səviyyədə keçdi. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanda həyata keçirilən islahatlar, gedən proseslər haqqında məlumat verdi. İclasda AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd da iştirak edirdilər. Məruzəçi Toni Lloyd da Azərbaycanda gedən proseslərdən razı olduğunu bildirdi və Azərbaycanın demoktatiya yolundan gələcəkdə də dönməyəcəyini vurğuladı, prezident İlham Əliyevin bu məsələlərlə bağlı fikirlərini Monitorinq Komitəsində səsləndirdi."

Azərbaycanın öhdəliklərinin nə vaxt müzakirə olunacağına gəlincə, A.Abbasov deyib ki, Monitorinq Komitəsində bununla bağlı konkret qərar qəbul olunmayıb.

"Ölkəmizlə bağlı hazırlanan məruzədə müəyyən dəyişiklik olunmalıdır. Azərbaycan tərəfindən də belə düzəlişlər ediləcək. Bundan sonra məsələyə bir daha Monitorinq Komitəsində baxılıb nə vaxt AŞ PA-nın sessiyasında müzakirəyə çıxarılması haqqında qərar qəbul olunmalıdır. Hesab edirəm ki, Azərbaycanın öhdəlikləri aprel ayında müzakirəyə çıxarılacaq", - deyə millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti