...

Səfir: "Fransa Azərbaycan prezidentinin qarşıdakı səfərinə böyük əhəmiyyət verir"

Siyasət Materials 25 Yanvar 2007 15:04 (UTC +04:00)
Səfir: "Fransa Azərbaycan prezidentinin qarşıdakı səfərinə böyük əhəmiyyət verir"

Fransa Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 29-31-də Fransaya səfərinə böyük əhəmiyyət verir. Trend in verdiyi xəbərə görə, bu barədə yanvarın 25-də Fransanın Azərbaycandakı səfiri Bernard Dyu Şafo mətbuat konfransında bəyan edib.

Bu, Azərbaycan prezidentinin Fransaya ilk rəsmi səfəridir. Onun sözlərinə görə, rəsmi Paris Bakının bir çox regional və beynəlxalq məsələlərdəki mövqeyi, xüsusən Azərbaycanın İrana, Türkmənistana, Qazaxıstana, Rusiyaya Xəzər dənizinin enerji resurslarının gələcək istifadəsi ilə bağlı münasibəti, Dağlıq Qarabağ münaqişəsi, AB-yə inteqrasiyası və s. ilə tanış olmaq niyyətindədir. Danışıqlarda əsas diqqət Azərbaycan və Fransa arasındakı iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafına yönələcək, -deyə səfir qeyd edib.

Azərbaycan prezidentinin səfəri yanvarın 29-da Əlillər meydanındakı tədbirlə başlayacaq və Fransa prezidenti Jak Şirakla təkbətək görüşlə davam edəcək. Yanvarın 30-da İlham Əliyev xatirə kompleksinə əklil qoyacaq və Parisin meri ilə görüşəcək. Elə həmin gün prezident Əliyev baş nazirlə, Milli Assambleyanın və Fransa senatının sədrləri ilə görüşəcək. Yanvarın 31-də İlham Əliyev sürət qatarı ilə Lil şəhərinə yollanacaq, orada şəhərin prefekti ilə, yerli icra nümayəndələri ilə, həmçinin müəssisə rəhbərləri ilə görüşəcək və yerli müəssisələrdən birinə baş çəkəcək. Səfir belə söyləyib.

Diplomatın sözlərinə görə, səfər zamanı iki ölkə prezidentinin birgə siyasi deklorasiya və 7 ikitərəfli sazişin imzalanması planlaşdırılır. Xüsusən, mədəniyyət sahəsində 3 saziş, mülki müdafiə, turizm, elm, ailə, uşaq və qadın problemləri sahəsində sazişlər imzalanacaq.

Xəbər lenti

Xəbər lenti