...

Azərbaycan və Gürcüstan ekspertləri Bakı-Tbilisi-Qars layihəsi üzrə kredit sazişinin mətnini razılaşdırıblar

Siyasət Materials 25 Yanvar 2007 15:14 (UTC +04:00)
Azərbaycan və Gürcüstan ekspertləri Bakı-Tbilisi-Qars layihəsi üzrə kredit sazişinin mətnini razılaşdırıblar

Azərbaycan və Gürcüstan ekspertləri Bakıda Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu nəqliyyatının açılış layihəsi üzrə kredit sazişinin mətnini razılaşdırıblar. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Ehtimal olunur ki, bu saziş gələn ay imzalanacaq, sonra isə Gürcüstan layihənin birbaşa icrasına başlayacaq.

Bakıda bu saziş üzərində iş bir neçə gün davam edib. Bu iclaslar zamanı Azərbaycan dövlət dəmir yolunun başçısı Arif Əsgərov və Gürcüstanın dəmir yol rəisi İrakli Ezukbay arasında görüş keçirilib.

Nazirlik nümayəndələrinin qeyd etdiyi kimi, Azərbaycan Gürcüstana 1%-lə 200 mln. ABŞ dolları məbləğində kredit verəcək. Bu məbləğ krediti alan qismində çıxış edən gürcü təşkilatının əməliyyat xərcləri istisna olmaqla (istismar xərcləri və s.), gəlirlərdən qaytarılacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin yaradılması layihəsinə uzunluğu 98 km olan Qars-Axalkalaki dəmir yolu qolunun tikintisi daxildir. Bu yolun 68 km-i Türkiyə ərazisinin, 30 km-i Gürcüstan ərazisinin payına düşür. Həmçinin Axalkalaki-Tbilisi ərazisində müəyyən yenidənqurulma işlərinin görülməsi zəruridir.

Xəbər lenti

Xəbər lenti