...

Qərb bölgəsində keçirilən əməliyyat nəticəsində 3 qarm heroin müsadirə olunub

Siyasət Materials 31 Yanvar 2007 17:58 (UTC +04:00)

Dünən gecə Şəmkir rayonunda aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 2 qram heroin müsadirə olunub. Bu barədə məlumatı Trendin Qərb Bürosu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsinin rəis müavini polis polkovnik-leytinantı Rafael İsmayılova istinadən verib.

R. İsmayılov bildirib ki, saxlanılan şəxs 1964-cü il təvəlüdlü Ağstafa rayonunun Həzi Aslanov küçəsində yaşayan Elçin Yaqubovdur. O, 2 qarm heroin satarkən yaxalanıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Digər əməliyyat tədbirini isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsi ilə Qazax rayon Polis şöbəsinin əməkdaşları aparıb. Nəticədə Qazax rayonunun Ağköynək kənd sakini, 1975-ci il təvəlüdlü Kamran Əli oğlu Quliyevin üzərindən 1 qram heroin tapılıb. R.İsmayılovun bildirdiyinə görə, yaxalanan şəxs əvvələr Cinayət Məcəlləsinin silahlı qruplaşmaların təşkili və dövlət çevirilişində iştirak maddələri ilə məhkum olunub. Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti