...

Xarici işlər nazirinin müavini: ABŞ-ın Azərbaycana göstərdiyi yardım ÜTT-yə daxil olmanı sürətləndirmək üçün qanunvericiliyin təkmilləşdirilməsinə yönəldilə bilər

Siyasət Materials 8 Fevral 2007 19:00 (UTC +04:00)
Xarici işlər nazirinin müavini: ABŞ-ın Azərbaycana göstərdiyi yardım ÜTT-yə daxil olmanı sürətləndirmək üçün qanunvericiliyin təkmilləşdirilməsinə yönəldilə bilər

Yaxın vaxtlarda Azərbaycanın Ümumdünya ticarət təşkilatına (ÜTT) daxil olmasına hazırlıq üzrə dövlət komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Trend ə danışıqlar qrupunun başçısı, xarici işlər naziri Mahmud Məmmədquliyev məlumat verib.

İclasda tədbirlərin icrası ilə bağlı cari vəziyyəti nəzərdən keçirmək və hazırlıq prosesinin sürətləndirilməsi üçün qərarın qəbul edilməsi planlaşdırılır.

M.Məmmədquliyevin sözlərinə görə, əsas məqsəd qanunvericiliyin beynəlxalq standartlara, ÜTT standartlarına və ÜTT çərçivəsində imzalanmış sazişlərə uyğunlaşdırılmasından ibarətdir. Qanunvericiliyin təkmilləşdirilməsi planı Prezidentin 2 avqust 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunub. Bu, qanunverici aktlara baxılması, təftişi, dəyişiklik və əlavələrin edilməsi istiqamətində işin fəallaşdırılması və gücləndirilməsi üçün atılan ciddi addım idi və ÜTT üzv-ölkələrinin AR qarşısına qoyduğu əsas vəzifədir.

Tədbirlər planına əsasən qanunvericilikdəki dəyişikliklər 2007-ci ilin sonuna qədər həyata keçirilməlidirlər. Ümumdünya təşkilatına daxil olmaq üzrə danışıqlar prosesinin başa çatması bundan asılıdır. M.Məmmədquliyevin fikrincə, Amerikanın ölkəyə təklif etdiyi yardım məhz bu istiqamətdə ola bilər.

Azərbaycanda ticarət rejimi AR-ın ÜTT-yə daxil olması üzrə danışıqlar prosesində əsas məsələlərdən biridir və bu da təşkilatın üzv-ölkələrinin Azərbaycan tərəfinə yönəltdiyi suallarda öz əksini tapıb.

Onlar lisenziyalaşmağa, gömrük prosedurlarına aiddir, ən əsası isə onları Azərbaycan hökumətinin xarici ticarət və onların müddətinə dair qanunvericilikdə edəcəyi dəyişikliklər maraqlandırır.

Gömrük məcəlləsində də dəyişikliklərin olacağı gözlənilir və standartlaşdırma üzrə hüquqi aktlarda da böyük dəyişikliklər olacaq. Məhsulun keyfiyyətinə nəzarət üzrə qanunverici aktların təkmilləşdirilməsi çox vaxt tələb edir, belə ki, standartlaşdırma üzrə çoxlu sayda müxtəlif qanunvericiliklər var.

ÜTT üzvləri qanunvericiliyin aydın və ziddiyyətli olmamasını tələb edir, digər tərəfdən isə açıq və aydın olacaq prosedurların inkişaf etməsi zəruridir.

Xəbər lenti

Xəbər lenti