...

Lalə Şövkət: "Azadlıq" bloku Rəsul Quliyevlə bağlı müzakirələr aparacaq"

Siyasət Materials 2 Mart 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Azadlıq" bloku gələn həftə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin mövqeyini müzakirə edəcək. "Azadlıq" bloku Sədrlər Şurasının üzvü, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət bildirib ki, müzakirələrdən sonra yekun qərar qəbul olunacaq.

Xatırladaq ki, R.Quliyev "Azadlıq" bloku Sədrlər Şurasına məktub göndərib. O, blokun ADP ilə bağlı mövqeyinə yenidən baxılmasını istəyir. ADP Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə parçalanıb. "Azadlıq" bloku ADP kimi Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi təşkilatı tanıyıb.

Artıq R.Quliyevin məkbutu mətbuatda dərc olunub. O, "Azadlıq" bloku Sədrlər Şurasının üzvlərini ADP ilə bağlı qərar qəbul edərkən tələskənliyə yol verməkdə ittiham edib və belə davam edərsə partiyasının blokdan çıxacağını vurğulayıb.

L.Şövkət isə hesab edir ki, R.Quliyev həmin məktubu ADP sədri kimi deyil fərdi qaydada göndərib: "Həmin məktubun mətbuatda dərc olunması siyasi etika qaydalarına sığmır".

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti