...

Milli Məclis Aparatının rəhbəri: "Azərbaycanda hüquqi xidmət haqqında" qanunun qəbul edilməsinə ehtiyac var"

Siyasət Materials 14 Mart 2007 11:40 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Əlizadə/"Hüquqi xidmət haqqında" qanunun qəbuluna ehtiyac var. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Dünya Hüquq və Mühasibat Assosiasiyasının icraçı direktoru Ceyms Mendelsonla görüşündə belə deyib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Səfa Mirzəyev müstəqil Azərbaycanın dünyanın mötəbər təşkilatları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edib ki, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan ölkəmizdə hüquqi islahatlar sahəsində xeyli işlər görülüb və bu sahədə beynəlxalq təcrübəyə üstünlük verilir.

O, qeyd edib ki, hüquqi xidmətin keyfiyyətinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir: "Bu sahənin hərtərəfli inkişafı üçün özəl Hüquq Mərkəzinin yaradılması da məqsədəuyğun olardı".

Qonaq təmsil etdiyi təşkilatın dünyanın 95 ölkəsində fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, bu təşkilat müxtəlif ölkələrdə hüquqi xidmət göstərilməsi işini öyrənir və yerli təşkilatlara yardımlar göstərir. O, ölkəmizdə "KERMUR Qrup" cəmiyyəti ilə əlaqələrindən söz açaraq bu cür təşkilatlarla əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti