...

Azərbaycan və ABŞ energetika sahəsində Memorandum imzalayacaq

Siyasət Materials 17 Mart 2007 12:43 (UTC +04:00)
Azərbaycan və ABŞ energetika sahəsində Memorandum imzalayacaq

Azərbaycan,Bakı/müxbir " A.İsmayılova/Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun ABŞ-a səfəri çərçivəsində energetika sahəsində Memorandum imzalanacaq. Bu barədə Trend ə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev məlumat verib.

Nazirin ABŞ-a səfəri 19-23 mart tarixində nəzərdə tutulub. Hazırlıq işləri tamamlanma mərhələsindədir. Səfər çərçivəsində Azərbaycan xarici işlər nazirinin ABŞ dövlət katibi Kondaliza Raysla görüşü planlaşdırılıb. E.Məmmədyarov K.Raysın dəvətilə ABŞ-a səfər edəcək. Həmçinin nazirin ABŞ administrasiyasının digər rəsmi şəxsləri və ABŞ Konqresinin üzvləri ilə görüşləri də planlaşdırılır.

Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehdiyevin Trend ə verdiyi məlumata əsasən, Azərbaycan XİN rəhbəri səfər çərçivəsində BMT-nin baş katibi Pan Gi Munla görüş keçirmək üçün Nyu-Yorka baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti