...

Milli Məclis deputat Hüseyn Abdullayevin cinayət məsuliyyətinə cəlb olunmasına etiraz etmədi

Siyasət Materials 19 Mart 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir .İ.Əlizadə/ Milli Məclisin Nizam-İntizam Komissiyası, bu gün səhər keçirilən iclasında millət vəkili Hüseyn Abdullaeyevin cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Nizam-İntizam Komissiyasının sədri Ağacan Abdullayev açıqlama verib. Komissiyanın yeddi üzvündən altısı Abdullayevin cinayət məsuliyyətinə cəlb olunmasının leyhinə, biri - Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu əleyhinə səs verib.

Abdullayev barəsində Baş Prokurorluqda Cinayət Məcəlləsinin 132 (döymə) və 221.2.2 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti