...

Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər şöbəsinə yeni rəis təyin olunub

Siyasət Materials 29 Mart 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Vüqar Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Gəncə şəhər şöbəsinə yeni rəisi təyin olunub. Əliyev bu vəzifəyə təyin olunmazdan öncə MTN-nin Gəncə şəhər şöbəsində rəis müavini vəzifəsində çalışıb.

Ötən ilin avqust ayından MTN Gəncə şəhər şöbəsinin rəisi vəzifəsində çalışan Aydın Muradov vəzifəsindən azad edilib. O, 1996-1997-ci illərdə də Gəncədə bu quruma rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti