...

Milli Hidrometeorologiya Departamenti Azərbaycanda qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb

Siyasət Materials 31 Mart 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Sabah gecədən başlayaraq aprelin 5-dək Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva Trend ə şənbə günü bildirib ki, hesabat dövründə Azərbaycanın əksər ərazilərində yağış yağacaq, dağlıq rayonlarda sulu qara, qar yağacaq. Temperatur 3-5 dərəcə düşəcək. Tağıyeva bununla bağlı müvafiq qurumlara xəbərdarlıq göndərildiyini də deyib.

Xəbər lenti

Xəbər lenti