...

Rusiyalı politoloq hesab edir ki, Azərbaycan Rusiya üçün olduqca vacib dövlətdir

Siyasət Materials 5 Aprel 2007 15:35 (UTC +04:00)
Rusiyalı politoloq hesab edir ki, Azərbaycan Rusiya üçün olduqca vacib dövlətdir

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan Rusiya üçün olduqca vacib dövlətdir. Bu barədə cümə axşamı günü Rusiyanın Strateji Araşdırmalar İnstitutunun direktoru Yevgeni Kojokin bəyan edib. "Rusiya Azərbaycanla Xəzərin enerji və bioloji resurslarının birgə istifadəsində əməkdaşlıqda maraqlıdır", deyə o qeyd edib. Rusiya hər iki dövlətin iqtisadi yüksəlişində vacib rol oynayan Azərbaycandan olan miqrantlarda maraqlıdır, deyə politoloq bəyan edib.

Rusiyalı politoloq həmçinin MDB məkanında açıq bazar məkanının tərəfdarı kimi çıxış edib. Rusiya tərəfinin MDB ərazisində nəqliyyatın inkişafı, dəmir yolu əlaqəsinin bərpası və Birlik daxilində tətbiq olunan müxtəlif tariflər üzündən yaranmış iqtisadi baryerlərin aradan qaldırılmasında maraqlı olduğunu bildirib. Politoloq MDB-nin gələcəyini inkişaf etmiş regional iqtisadi birlik kimi görür.

Xəbər lenti

Xəbər lenti