...

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Siyasət Materials 16 Aprel 2007 10:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçiriləcək. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jaslan Nurtazin keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anje Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Miroslav Vimetal keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti