...

Dövlət Dumasının deputatı: Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafı üçün böyük ehtiyatlar var

Siyasət Materials 16 Aprel 2007 19:31 (UTC +04:00)
Dövlət Dumasının deputatı: Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafı üçün böyük ehtiyatlar var

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün böyük ehtiyatlar var. Bu barədə Trend in xüsusi müxbirinə Moskvada Rusiya Federasiyasının Dövlət Dumasının Təlhlükəsizlik Komitəsi sədrinin birinci müavini Mixail Qrişankov bildirib.

Onun sözlərinə görə, Azərbaycan qəribə ölkədir və onun burda çoxlu dostları var. Məhz buna görə də, o, Azərbaycan parlamenti ilə dostluq qrupuna daxildir.

Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələri qiymətləndirən Mixail Qrişankov 15 ildə çox şeylərin yaşandığını, ölkələrin hər birinin öz yolu ilə inkişaf etdiyini və həmişə nəinki mehriban qonşuluq münasibətlərinə, hətta yaxın və dost münasibətlərə prioritetlərin olduğunu və olacağını bildirib. "Bunlar həm insanlar, həm də siayasi liderlər arasında olmalıdır, sərhədsiz, parlamentaridi, yaxud icra hakimiyyətinin nümayəndəsidir, bundan asılı olmayaraq. Mən əminəm ki, bizim hələ həm iqtisadi, həm də digər sahələrdə münasibətlərimizin möhkəmləndirilməsi, inkişafı üçün çox böyük ehtiyatlarımız var. Sözsüz ki, buna misal olaraq, ölkələrimizin prezidentləri Vladimir Putin və İlham Əliyev arasında yaranmış mehriban və isti münasibətləri göstərmək olar", - deyə rusiyalı parlamentari bildirib.

Azərbaycanın Rusiyaya münasibətdə siyasətinə toxunan Mixail Qrişankov bildirib ki, ölkənin siyasətini bəzi digər MDB ölkələrinin siyasəti ilə müqayisə etmək mənasızdır. Onun fikrincə, bəzi qonşu ölkələrin siyasətində Rusiyaya qarşı konfrontasiya və Rusiyanı nüfuzdan salma siyasəti heç kimə müsbət bir şey gətirmir.

"Əsas odur ki, bundan insanlar əziyyət çəkir. Siyasət öz tapşırıqlarını sürətlə həll edir, iqtisadiyyat, insanlar isə əziyyət çəkir. Mənə 1990-1991-ci illərdə Tiflisdə oxumaq qismət olub və milliyətçilik, hələ sovet dövründən insanların şüurunu pozan nə isə mənfi bir dalğa görmüşəm. Bundan kim daha çox zərər çəkib? Ən çox Gürcüstan nümayəndələri əziyyət çəkdilkər. Buna görə də hesab edirəm ki, sağlam düşüncə hökmranlıq etməlidir və həmin Gürcüstanda olmuş tarixi dərsləri unutmaq lazım deyil. Buna görə də Rusiyaya qarşı istənilən əks-fəaliyyət, Rusiyanın fəaliyyətini qaralama, həmçinin qeyri-konstruktivlik, mənim zənnimcə, perspektivsizdir. Bu mənada Azərbaycan rəhbərliyinin malik olduğu və olacağı müdriklik məni heyran edir", - deyə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Qrişankov yekun vurub.

Xəbər lenti

Xəbər lenti