...

Bakı Şəhər İcra Hakimiyyəti İran səfirliyi qarşısında piketə izacə verməyib

Siyasət Materials 26 Aprel 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) cümə günü İranın Bakıdakı səfirliyi qarşısında keçirəcəyi etiraz aksiyasına icazə verməyib. Bu barədə cümə axşamı Bakı Şəhər İcra Hakimiyyətindən AMİP-ə verilən cavab məktubunda bildirilib.

Paytaxt rəhbərliyi İran səfirliyi qarşısında nəqliyyatın və əhalinin hərəkətinə problemlər yaranacağını əsas gətirərək həmin aksiyanın keçirilməsini məqsədəuyğun hesab etmir.

AMİP İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına, Güney Azərbaycan Milli hərəkatı fəallarının repressiyalara məruz qalmasına etiraz edir. Partiya aprelin 27-də İran səfirliyi qarşısında piket keçirməkdə israrlıdır.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olmuş Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti