...

Azərbaycanın müxalifət partiyaları Qarabağ Forumu keçirəcək

Siyasət Materials 7 May 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaq mayın 24-də Qarabağ Forumu keçirəcək. Bu barədə İttifaqın həmtəsisçisi, Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib. Bazar ertəsi Demokratiya Uğrunda İttifaqın toplantısı keçirilib, müxalifətdaxili inteqrasiya, Qarabağ problemi barədə müzakirələr aparılıb. Mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Forumunun keçirilməsi, bütün siyasi partiyaların, ictimai təşkilaların, ziyalıların, ekspertlərin, politoloqların dəvət olunması qərara alınıb. Toplantıda İttifaqın Qarabağ problemi ilə bağlı aparılan sülh danışıqları ətrafında yaranmış vəziyyətə dair öz mövqeyini açıqlayacaq.

Toplantıda Demokratiya Uğrunda İttifaqın Əsasnaməsi və fəaliyyət proqramı qəbul olunub.

Müxalifəti təmsil edən Demokratiya Uğrunda İttifaqda Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti