...

Gürcüstan prezidenti: "Qafqaz bölgəsi yaxın gələcəkdə daha böyük marağa səbəb olacaq"

Siyasət Materials 10 May 2007 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend P.Əmircanov/Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini bildirib. Onun fikrincə Gürcüstan-Azərbaycan dostluğu, gələcəkdə isə ümumiyətlə Qafqazın birliyi bölgənin əhəmiyyətini artırır. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

"Bu, çox perspektivli bölgədir. Bu bölgə yaxın gələcəkdə daha böyük marağa səbəb olacaq. Burda isə Azərbaycan və Gürcüstan böyük rol oynayacaq" - deyə Saakaşvili qeyd edib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng regional layihələr Heydər Əliyev siyasətinin böyük uğurlarıdır və bu siyasi kurs hələ neçə illər bundan sonra da fayda verəcək.

Xəbər lenti

Xəbər lenti