...

Rövşən Mustafayev: Erməniçiliyin Cənubi Qafqazdakı vəziyyətin dezinteqrasiyasının real təhlükəsi kimi araşdırılmasının xüsusi əhəmiyyəti var

Siyasət Materials 25 May 2007 16:26 (UTC +04:00)
Rövşən Mustafayev: Erməniçiliyin Cənubi Qafqazdakı vəziyyətin  dezinteqrasiyasının real təhlükəsi kimi araşdırılmasının xüsusi əhəmiyyəti var

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Erməniçiliyi Cənubi Qafqazdakı vəziyyətin dezinteqrasiyasına real təhlükə kimi araşdırılmasının xüsusi əhəmiyyəti var. Bu fikri cümə günü Bakıda Azərbaycan Elmlər Akademiyasının insan haqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev Gürcüstan Milli Elmlər Akademiyasının "Bütün Gürcüstanın ermənidilli əhalisi və vahid Gürcü dövlətçiliyinin bərpası problemi" kitabını şərh edərkən söyləyib.

Qeyd edək ki, erməni etnokorporasiyası problemini ilk dəfə professor Mustafayev qabardıb və "Strasti po virtuali" kitabında bu təzahürün araşdırılması ilə bağlı metodologiyasını təklif edib.

"Həmişə təklif etmişəm ki, ermənçilik etnokorporasiyasının araşdırılması formatı Cənubi Qafqazdakı sabitliyə təhlükə kimi nəzərdən keçirilsin. Ən mobil və sıx etnososial təşkilat olan ermənçilik müxtəlif vaxtlarda müxtəlif imperiya mərkəzlərindən regiondakı vəziyyətin dezinteqrasiyası ilə bağlı gələn bu və ya digər tapşırıqları yerinə yetirməyə hazırdır" - deyə o vurğulayıb.

Mustafayevin fikrincə, ermənçiliyin qanlı işlərinin mahiyyəti, sxemləri və formatları hər hansı ciddi dəyişikliklərə məruz qalmır. "Ermənçiliyin sadəcə şüar və bayraqları dəyişir" - deyə o qeyd edib.

Gürcü alimlərinin kitabında gürcü dövlətçiliyinin formalaşdırılması məsələsinə və gürcü-erməni ilişgilərinə retrospektiv diskurs verilir. Kitab müəllifləri bu vaxtadək müasir tarixçilərin yetərincə öyrənmədikləri faktların və hadisələrin mahiyyətini ortaya qoyurlar. Eyni zamanda burada 1918-ci ildə baş verən erməni-gürcü münaqişəsinin genişləndirilmiş formatı və məsələnin bu vaxtadək genezisi yer alır.

Gürcü alimlərinin işində Gürcüstandakı erməni azlığının nümayəndələrinin daxil olduğu separatçı qrupların antidövlətçilik fəaliyyətinin formatlarının mahiyyətləri açılır. Kitabda həmçinin erməni alimlərinin Cənubi Qafqaz tarixinin saxtalaşdırılmasına yönəlik cəhdlərinin konkret faktları göstərilir.

Xəbər lenti

Xəbər lenti