...

Rusiyanın baş naziri Azərbaycanın MDB-də humanitar əməkdaşlıq haqqında Sazişə qoşulmasını alqışlayır

Siyasət Materials 25 May 2007 21:01 (UTC +04:00)
Rusiyanın baş naziri Azərbaycanın MDB-də humanitar əməkdaşlıq haqqında Sazişə qoşulmasını alqışlayır

RF hökumət başçısı Mixail Fradkov humanitar əməkdaşlığı MDB-də prioritetlərdən biri adlandırıb. "Bu gün bu məsələlərin baxılmasına kifayət qədər diqqət ayrılıb",-deyə o, MDB hökumət başçılarının görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Rusiyalı baş nazir bildirib ki: "Humanitar əməkdaşlıq üzrə MDB Şurası artıq fəaliyyət göstərir. Biz bu gün Dövlətlərarası humanitar fondun maliyyələşdirilməsinin detallarını müzakirə edirdik. Azərbaycanın da bu sazişə qoşulması təşəbbüsündən məmnunuq. Artıq səkkiz ölkə üzv olub və Şura çərçivəsində fəaliyyət göstərir".

Fradkov bildirib ki, bununla yanaşı təhsil sahəsində professional səviyyənin artırılması üzrə razılaşma imzalanıb, Kişinyovdsa 2008-ci il MDB spartakiyadasının keçirilməsi, idman sahəsində əməkdaşlıq və bir sıra sahələrdə sazişlər imzalanıb. Bu barədə İTAR-TASS məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti