...

ADP sədri: "Seçkiqabağı şəraitdə müxalifətin yeni birliklərinin yaradılması labüd olacaq"

Siyasət Materials 1 İyun 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu ilin sonu-gələn ilin əvvəlində müxalifət düşərgəsində yeni birliklərin yaradılması labüd olacaq. Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu açıqlama verib.

Onun sözlərinə görə, seçkiqabağı şəraitdə müxalifət partiyalarının əməkdaşlığı zərurətə çevriləcək. Ona görə də seçkidən əvvəl müxalifətin yeni, geniş birliyi yaradılacaq: "Bu birlik ilk əvvəl məsləhətləşmə şurası olacaq. Daha sonra qurumun içərisindən daha dayanıqlı, sıx əməkdaşlığı olan partiyaların birliyi yarana bilər. Sıx əməkdaşlıq edən partiyalar hətta prezident seçkisində vahid namizədlə də iştirak edə bilər" - deyə Cəlaloğlu qeyd edib.

ADP sədrinin fikrincə, siyasi proseslərə dair problemləri həll etmək, birgə mübarizə aparmaq üçün hazırda heç bir əlaqələri olmayan, mövqeləri uyğunlaşmayan partiyların da gələcəkdə əməkdaşlığı labüd olacaq.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Müxalifətçi partiyanın bu ilin yanvarında qəbul etdiyi hakimiyyətlə dialoq qurulmasına dair yeni siyasi kursuna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar. Sərdar Cəlaloğlu mayın 27-də keçirilən ADP-nin 9-cu qurultayında partiyanın sədri seçilib.

Xəbər lenti

Xəbər lenti