...

Rumıniya prezidenti GUAM sammitində iştirak etmək üçün Bakıya gəlib

Siyasət Materials 19 İyun 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Rumıniya prezidenti Trayan Basesku GUAM dövlət başçıları sammitində iştirak etmək üçün çərşənbə axşamı səhər Bakıya gəlib.

Rumıniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Baseskunun birgə mətbuat-konfransında və sammit çərçivəsində keçiriləcək rəsmi qəbulda iştirakı gözlənilir.

Eyni zamanda, Rumıniya prezidentinin sammitdə iştirak edən digər dövlət başçıları ilə ikitərəfli müzakirələr aparacağı nəzərdə tutulur.

GUAM sammitində iştirak etmək üçün dünən Bakıya Ukrayna prezidenti Viktor Yuşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Moldova baş naziri Vasili Tarlev, habelə Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdas Adamkus və digər rəsmi şəxslər gəlib.

Xəbər lenti

Xəbər lenti