...

Müxalif partiyanın lideri: "Dağlıq Qarabağ probleminin həlli üçün başqa varianta üstünlük verilməsinin vaxtı çatıb"

Siyasət Materials 19 İyun 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycanın müharibə variantına üstünlük verməsinin vaxtı çatıb. Bu bəyanatla çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov çıxış edib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin heç bir faydası olmayacaq. "Azərbaycan hökumətinin vəzifəsi torpaqlarını azad etmək və dövlət suverenliyini bərpa etməkdir. Ölkə müxalifəti də bu istiqamətdə iqtidarın işinə maneə törətməməlidir" - deyə Məmmədov əlavə edib.

Məmmədov bildirib ki, Dağlıq Qarabağ probleminin həlli üçün müxalifət liderləri ilə Azərbaycan prezidentinin görüşünə qərar verilsə, partiya rəhbərliyi müvafiq qərar çıxaracaq.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti