...

Müsavat Partiyasının etiraz aksiyasının keçirilməsi Redaktorlar Birliyinin qərarından asılı olacaq

Siyasət Materials 25 İyun 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müsavat Partiyasının etiraz aksiyası keçirib-keçirməyəcəyi Redaktorlar Birliyinin qərarından asılı olacaq. Bu barədə bazar ertəsi Bakıda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Hacılı qeyd edib ki, əgər Redaktorlar Birliyi jurnalistlərin etiraz aksiyası keçirməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə, Müsavat Partiyası iyul ayına yürüş-mitinq təyin etməyəcək: "Biz bu məsələni redaktorlarla razılaşdırmağa çalışacağıq. Əgər Redaktorlar Birliyi aksiya keçirməyi planlaşdırmasa, onda Müsavat Partiyası məsələni müzakirə edib növbəti yürüş-mitinqlə bağlı qərar verəcək".

Hacılı vurğulayıb ki, havaların isti keçməsi ilə əlaqədar Müsavat Partiyasının payız aylarına qədər aksiyaları təxirə salacağı istisna deyil.

Müsavat Partiyası jurnalistlərin aksiyalarına dəstək vermək üçün yürüş-mitinqləri təxirə salmaq haqqında qərar qəbul etmişdi. Lakin sonradan media nümayəndələrinin aksiyaları baş tutmadı.

Qeyd edək ki, müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti