...

Prezident Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı təsdiq edib

Siyasət Materials 29 İyun 2007 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan prezidenti Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın qüvvəyə minməsi ilə bağlı sərəncam imzalayıb. 2007-2012-ci illəri əhatə edən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə olunub. Proqramın yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etmək və bu barədə hər il prezidentə məlumat təqdim etmək Dövlət Komissiyasına tapşırılıb.

Xəbər lenti

Xəbər lenti