...

Gəncədə qətl hadisəsi baş verib

Siyasət Materials 2 İyul 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Gəncə şəhərində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, Gəncə şəhər sakini Maarif Məmmədov qısqanclıq zəmnində arvadı Nargiləyə bıçaqla xəsarət yetirib. Nəticədə bıçaq yarası ilə xəstəxanaya yerləşdirilən Məmmədova orada ölüb. Cinayət faktı ilə bağlı Gəncənin Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov saxlanılıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti