...

Gəncədə yol qəzaları zamanı 8 nəfər ölüb, 80-i isə yaralanıb

Siyasət Materials 3 İyul 2007 10:50 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Yanvar-iyul aylarında Gəncə şəhərində 68 yol-nəqliyyat qəzası baş verib ki, nəticədə 8 nəfər dünyasını dəyişib, 80 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlardan 31-i piyada vurmaları ilə nəticələnən nəqliyyat hadisələri olub. Bu barədə çərşənbə axşamı Gəncə şəhər Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, təkcə iyun ayı ərzində Gəncədə19 yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralanan vətəndaşlardan ikisi vurulan piyadadır.

Piyadaların vurulmasının qarşısının alınması üçün Daxili İşlər Nazirliyinin iyunun 15-dən iyulun 15-nə kimi keçirdiyi təhlükəsizlik aylığı çərçivəsində Gəncədə artıq 83 piyada cərimə olunub.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti