...

Səfir: "ABŞ-ın RƏMS-i İran tərəfindən gələn təhlükəyə qarşı yönəlib"

Siyasət Materials 19 İyul 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend K.Ramazanova/ ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi cümə axşamı bəyan edib ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemi Rusiyaya deyil, İrandan gələn təhlükəyə qarşı yönəlib.

O bildirib ki, ABŞ-ın bu layihəsinin düzgün başa düşülməməsi məlumatın kifayət qədər olmaması ilə əlaqədardır. "Rusiyalı həmkarlarla ikitərəfli və çoxtərəfli danışıqlar zamanı biz həmişə qeyd edirik ki, ABŞ-ın RƏMS-i İran tərəfindən gələn təhlükə ilə əlaqədardır" - deyə səfir bildirib.

Onun fikrincə, ABŞ-ın Avropada RƏMS quraşdırmaqda davam etməsi Avropada strateji balansa təsir göstərə bilməz. Dersi həmçinin qeyd edib ki, ABŞ Rusiya ilə əməkdaşlıq imkanlarını təqdir edir və bir neçə dəfə radarların birgə istifadəsi ilə bağlı müzakirələr keçirməyi təklif edib. "Rusiya başa düşməlidir ki, ABŞ-ın RƏMS-i Rusiyaya qarşı deyil, İran trəfindən gələn təhlükəyə qarşı yönəlib" - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti