...

Parlamentin komissiya sədri : Şimal bölgəsindəki aktivlik xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaq cəhdidir

Siyasət Materials 9 Avqust 2007 18:17 (UTC +04:00)
Parlamentin   komissiya   sədri :  Şimal   bölgəsindəki   aktivlik   xarici   qüvvələrin   Azərbaycanda   sabitliyi   pozmaq   cəhdidir

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Şimal bölgəsində üzərində Balakən və Zaqatalanın " muxtar vilayət " kimi təqdim olunduğu şəkillərin yayılması xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaq cəhdidir . Bu barədə cümə axşamı Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri , Balakən rayonundan millət vəkili seçilmiş Rəbiyyət Aslanova bildirib .

Aslanova qeyd edib ki , Balakən və Zaqatalada separatçı meyldə olan insanlar qətiyən mövcud deyil . Bu rayonlar Azərbaycan dövlətinin ən sədaqətli və ən etibarlı insanlarının yaşadığı bir bölgədir və onların separatçılıq meylləri ilə heç bir əlaqələri yoxdur .

Komissiya sədrinin fikrincə , bu təxribatı kimlərsə xaricdən Azərbaycana qarşı yönəldiblər . Aslanova bildirib ki , Azərbaycan dövlətinin və ölkə vətəndaşlarının belə təxribatların qarşısın ı almaq imkanı var . Ona görə də belə ideyalar heç vaxt həyata keçməyəcək .

" Həmin bölgənin əhalisi belə separatçı ideyaların mövcud olmasına imkan verməz . Balakən və Zaqatalada yaşayan insanların belə məsələlərə münasibəti birmənalı şəkildə mənfidir . Seperatçılıq ideyası nə Balakən , nə də Zaqatalaya xa s deyil ", - deyə Aslanova əlavə edib .

Onun fikrincə , bu təxribat xarakterli bir hərəkətdir və bunun qarşısı mütləq alınmalıdır .

Komissiya sədri deyib ki , Balakən və Zaqatala sakinləri bu məsələyə münasibət bildirəcəklər : " Orada heç bir muxtariyyatdan söhbət gedə bilməz . Balakən və Zaqatalada yaşayan insanların qətiyən belə fikirləri yoxdur , olmayıb və olmayacaq . Biz bütöv Azərbaycan uğurunda həmişi mübarizə aparmışıq və ölkəmizin bütövlüyü bizim üçün ən böyük amaldır . Kimlərinsə belə ideyaları ortaya atmaqla Azərbaycanda qeyri - sabit şərait yaratmaq cəhdləri heç bir nəticə verməyəcək ".

Millət vəkili hesab edir ki , bu gün Azərbaycanı istəməyən ölkələr istəyənlərdən çoxdur . Aslanova vurğulayıb ki , Azərbaycanın bugünkü inkişafını görən və bunu rahat qəbul edə bilməyən qüvvələr var : " Biz həmişə ehtiyatlı olmalıyıq və belə qüvvələrə qarşı mübarizə aparmalıyıq və imkan verməməliyik ki , Azərbaycanın inkişafından narahat olan qüvvələr öz əməllərini həyata keçirə bilsinlər ".

Bir neçə gün əvvəl Zaqatala və Balak ən rayonlar ı ə razisind ə qondarma " muxtar vilay ə t"in " gerbi " ə ks olunan şə killər yayılıb . " Gerb "in üzərində Zaqatala və Balak ən rayonlar ının adlar ı, yaşı l, göy və qı rm ızı rə ngd ə bayraq , üç ədəd beş guşəli ulduz , xə nc ər, qartal və Qafqaz da ğ lar ının tə sviri ə ks olunub . Bununla bel ə, gerbin üzərində Zaqatala və Balak ən rayonlar ının adlar ı rus ə lifbas ı il ə yaz ılıb. Zaqatala və Balak ən rayonlar ı ə razisind ə " yarad ı lacaq " qondarma " muxtar vilay ə t"in simvolu kimi tə qdim olunan gerbin şə killə ri yerli ə halinin mobil telefonlar ı na gö nd ə rilir . Ara şdı rmalar zaman ı mə lum olub ki , gerbin tə svirl ə ri mobil telefonlara ü nvan ı bə lli olmayan internet sə hif ələrindən gö nd ə rilir .

Xəbər lenti

Xəbər lenti