...

İran prezidenti Azərbaycan rəhbərini Tehran sammitinə dəvət edib

Siyasət Materials 21 Avqust 2007 21:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ İran prezidenti Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevi Xəzərsahili ölkələrin dövlət başçıları sammitində iştirak etmək üçün Tehrana dəvət edib. Bu barədə İran rəhbəri çərşənbə axşamı Bakıda Azərbaycan prezidenti ilə birgə mətbuat konfransında nəyan edib.

İran rəhbərinin fikrincə, İlham Əliyevin payızda keçirilməsi planlaşdırılan sammitdə iştirakı mövqelərin birləşməsi və əməkdaşlıq potensialının inkişafına yardım edəcək.

Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı birgə bəyannamənin imzalanması gözlənilir.

Bəyannamə Xəzərsahili ölkələrin Xarici işlər nazirləri tərəfindən hazırlanıb və baxılması üçün prezidentlərə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti