Gürcüstan, Tbilisi / Trend , müxbir N. Kirtsxaliya/ Çərşənbə günü Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətindən (GTZ) verilən məlumata görə, Cənubi Qafqaz ölkələrinin, Azərbaycan, Ermənistan və Gürcüstanın Konstitusiya Məhkəmələrinin sədrləri sentyabrın 16-22-də Almaniyaya tanışılq səfəri edəcəklər.
Səfərin məqsədi Almaniyanın federal və ərazi bölgüsü səviyyəsində Konstitusiya Məhkəməsi sisteminin
təşkili ilə tanışlıqdır. Almaniyalı həmkarlarla Almaniyada ədalət məhkəməsinin aktual problemləri, Cənubi Qafqaz ölkələrində ədalət məhkəməsi və hüquq sahəsində aparılan islahatlar barədə fikir mübadiləsi aparılacaq.
Gürcüstan, Azərbaycan və Ermənistanın Konstitusiya Məhkəməsinin sədrləri Giorgi Papuaşvili, Fərhad Abdullayev və Qaqik Arutyunyan Bundestaqda və İqtisadi İnkişaf və Əməkdaşlıq Federal Nazirliyində işgüzar görüşlər keçirəcəklər.