...

IAEA rəhbəri: "Azərbaycan MDB ölkələri arasında test sistemindən istifadədə liderlik edir"

Cəmiyyət Materials 17 Sentyabr 2007 12:43 (UTC +04:00)
IAEA rəhbəri: "Azərbaycan MDB ölkələri arasında test sistemindən istifadədə liderlik edir"

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Azərbaycan MDB dövlətləri arasında test sistemindən istifadə edən ilk ölkə olub. Bu barədə bazar ertəsi Bakıda Təhsil Keyfiyyətinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) tərəfindən keçirilən "Milli qiymətləndirmə sistemlərinin təhsil standartlarının qarşılıqlı asılılığı" konfransının açılış mərasimində IAEA rəhbəri Sidel Karlton bildirib.

Onun sözlərinə görə, Azərbaycanın tələbə qəbulu üzrə Dövlət Komissiyası mərkəzdə olduğu kimi, ölkənin bölgələrində də eyni təhsil sisteminin yaradılmasına müvəffəq olub.

MDB ölkələrində ilk dəfə olaraq keçirilən konfransda 40 ölkədən 200-dən artıq ekspert iştirak edir.

"Konfransda Avstraliya, Kanada, Misir, Almaniya, Rusiya, İtaliya, ABŞ-dan olan mütəxəssislər iştirak edir. Konfransda ümumilikdə 40 ölkənin 216 eksperti iştirak edəcək. Konfransda milli qiymətləndirmə sistemləri, instituta daxil olma zamanı seçim, təhsildə rüşvət barədə məruzələr dinləniləcək" - deyə açılışda çıxış edən Məleykə Abbaszadə bildirib.

O, həmçinin qeyd edib ki, bu tədbir müasir texnologiya və medodikalarla tanışlıq sahəsində müxtəlif ölkə mütəxəssisləri arasında təcrübə mübdiləsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti