Azərbaycan, Bakı, 18 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ "Musiqi dünyası" jurnalı Əfrasiyab Bədəlbəyli haqqında saytı təqdim etdikdən sonra işinin bitmədiyini bildirib. Belə ki, jurnal yaradıcılıq işlərini fəal şəkildə davam etdirmək niyyətindədir. Jurnalın baş redaktoru Taryel Məmmədovun "TrendLife"a verdiyi məlumata görə, gələcəkdə tanınmış bəstəkar Tofiq Quliyevə həsr olunmuş memorial sayt hazırlanacaq. Bu saytda bəstəkarın həyat və yaradıcılığı barədə videolentlər və musiqi faylları toplanacaq.