...

Azərbaycanın yunan-roma güləşçisi Anton Botyev DÇ-2007-də Ermənistan idmançısı ilə qarşılaşacaq

Cəmiyyət Materials 19 Sentyabr 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın yunan-roma güləşçisi Anton Botyev ( 120 kq) DÇ-2007-nin bürünc medalı uğrunda Ermənistan yığmasının təmsilçisi Yuri Patrikyevlə qarşılaşaçaq.

Trend in verdiyi məlumata görə, birinci döyüşdə Botyev kubalı Miqel Lopesə təslim olub. Lakin onun rəqibinin finala qdər irəliləməsi idmançımıza üçüncü yer uğrunda mübarizə aparmaq şansı qazandırıb. Birinci təsəlliverici döyüşdə o, özbəkistanlı rəqibi David Çaladzeyə qalib gəlib, indi isə xalça üzərinə ermənistanlı Patrikyevə qarşı çıxacaq. Bununla belə, cütün qalibi bürünc medal uğrunda daha bir döyüş keçirməli olacaq. Odur ki, medala gedən yol kifayət qədər çətin olacaq.

Qeyd etmək lazımdır ki, 120 kq çəki dərəcəsində qızıl medal uğrunda rusiyalı olimpiya çempionu Xasan Baroyev və Kubadan olan M.Lopes mübarizə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti