...

Azərbaycan Musiqili Komediya teatrının gənclər təşkilatı uşaq evində çıxış edəcək

Cəmiyyət Materials 20 Sentyabr 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycan Dövlət Musiqili Komediya teatrının mətbuat xidmətindən TrendLife-a verilən məlumata görə, sentyabrın 29-da teatrın gənclər təşkilatı 3 saylı uşaq evində çıxış edəcək. Tədbir "Gənclik-dünyanın işığıdır" devizi altında keçiriləcək. Uşaq evində 11 nəfərdən ibarət truppa çıxış edəcək. Aktyorlar Üzeyir Hacıbəyovun, Rauf Hacıyevin, Tofiq Quliyevin, Emin Sabitoğlunun əsərlərini, xalq mahnıları ifa edəcəklər.

Xəbər lenti

Xəbər lenti