...

Zümrüd Əsgərqızı: "Aşıq müsabiqəsinin yayımı dayandırılmalıdır"

Cəmiyyət Materials 27 Sentyabr 2007 21:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /müx. TrendLife Günel Əhmədova/

Aşıqlar Birliyinin sədri Zümrüd Əsgərqızının adı daha bir məhkəmə çəkişməsində hallanır. Qurum sədri indi də tele-aparıcı Eldəniz Elgünü ittiham edərək, onunla arasında yaranan mübahisənin məhkəmə səviyyəsindəhəllinə qərar verib. Aşıqlarınhüquqlarının müdafiəsində səylərini əsirgəmədiyini deyən qurum sədri daha bir münaqişənin yaranmasına səbəb olub. Söhbət "Lider" tele-kanalında nümayiş olunan ozan-aşıq müsabiqəsi ətrafında yaranan qalmaqaldan gedir. Artıq tərəflər - Zümrüd Əsgərqızı və Eldəniz Elgünün mübahisəsi geniş çevrənin müzakirəsinə çıxarılıb. Yarışmanın təşkilatçısı "Arteks-XXI" şirkətinin rəhbəri Eldəniz Elgün mətbuata

açıqlamasında bildirib ki, şaiyələrin yayılmasında bilavasitə Zümrüd Əsgərqızı səbəkardır.

-Zümrüdxanım hansı ittihamla çıxış edib?

- Müsabiqə başlayan ərəfələrdə Zümrüd xanım mənə dedi ki, sənə qarşı hücumlarvar. Bunun qarşısını almaq istəyirsənsə Aşıqlar Birliyi ilə müqaviləbağlamalısan. Mən müqavilə bağlamaqdan imtina edəndən sonra o, qəribə şayiələr yaymağa başlayıb. O, bizimlə ikibaşlı oyun oynayırdı. Yanımızda bizim xeyrimizə danışır, arxada isə, bəzi adamları qızışdırıb meydana çıxarırdı. O, mənimlə açıq söhbətində ona şəxsi işində köməklik göstərməyimi, əvəzində isə, onun mənə yardımçı olacağına inandırmağa çalışırdı. Mən onun fikirlərinə əhəmiyyət verməmişəm. TrendLife-ın müxbiri ilə söhbətində Aşıqlar Birliyinin sədri Zümrüd Əsgərqızı qarşı tərəfin ittihamlarını əsassız saydı. O, bildirdi ki, müsabiqənin təşkilatçısını yarışmanın maliyyə tərəfi daha çox maraqlandırıb:

-Yarışma başlayan ərəfədə Eldənizə dedim ki, gəl Aşıqlar Birliyi ilə müqavilə imzala və biz bütün təşkilatı işlərdə sənə yardımçı olaq. Çünki müsabiqəni təşkil edən şəxs ixtisasca jurnalistdir, biz isə aşıqları daha yaxından tanıyan adamlarıq. O, razılaşmadı. Müsabiqənin efir həlli başlayanda dəhşətə gəldim. Çünki bütün respublikanı əhatə edən müsabiqənin iştirakçıları biabırçı vəziyyətdə idilər. Onların əksəriyyətinin aşıq sənəti ilə bağlı bilgiləri kifayət qədər deyil. Eyni ilə də münsiflərin. Zəki İslam ifaçının çıxışına münasibət bildirməkdən imtina edir. Deyir ki, "mən bu barədə sabah danışacam".

-Hansı məhkəməyə və hansı iddia ilə müraciət etmisiniz?

-İdiaima Nəsimi rayon məhkəməsində baxılacaq. Aşıqlar Birliyinin sədri olaraq, müraciətdə müsabiqənin yayımının dayandırılmasını istəmişəm. Bir az əvvəl məhkəmənin nümayəndəsi ilə söhbətim olub. Prosesin başlayacağı gün tezliklə məlum olacaq. Onu da diqqətinizə çatdırım ki, layihə başlayandanbəri münsiflərlə də müqavilə bağlanmayıb.

Bu,qanunsuz bir işdir. Bu və digər məsələlər qanuni yolla həllini tapacaq. Eldəniz Elgünün haqqımda yaydığı böhtanlara görə də məhkəmə qarşısında cavab verəcək.

-Müsabiqədə iştirak edənlər arasında qurumun üzvləri var?

-Onları haradan tapıblar, bilmirəm. Ölkə başçısının məlum sərəncamına görə, folklor nümunələri toxunulmazlıq hüququna malikdirlər. Amma E.Elgün aşıq müsabiqəsini gəlir mənbəyinə çevirib. Məndə olan məlumata görə, orada iştirak edənlərin əksəiryyəti maşınlarını, evlərinin satıb müsabiqəyə qoşulublar. Təşkilatçı isə, SMS-lər vasitəsi ilə qazanc göturmək istəyir.

Xəbər lenti

Xəbər lenti