...

"8-104" verilişində müğənni Elnarəyə saçlarını kəsdirməyi məsləhət gördülər

Cəmiyyət Materials 18 Oktyabr 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /müx. TrendLife Vüqar İmanov/

"8-104" Verilişinin dünənki qonağı hamının sevimlisi müğənni Elnarə oldu. Onu deyə bilərik ki, veriliş çox gözəl keçdi. Aparıcı Nəsib Nurun zarafatı, mügənni Elnarənin gülüşü əskik olmurdu. Yeri gəlmişkən, Elnarənin sözlərinə görə, körpəsini dünyaya gətirdikdən sonra, nə az nə çox, düz yeddi kilo kökəlib. Lakin verilişə zəng vuran tamaşaçılardan biri müğənniyə saçlarını kəsdirməyi məsləhət gördü. Verilişdə, həmçinin, Elnarənin məhşur hitləri də səsləndi. Müğənni yeni ildən sonra pərəstişkarlarına yeni klip də hədiyyə edəcəyinə söz verdi. Elnarə əlinə mikrofon alıb, aparıcılıq da etməyə başladı. Bu günsə, verilişin qonağı Manana olacaq.

Xəbər lenti

Xəbər lenti