...

Aygün Kazımova və Nadir Qafarzadə haqqında film çəkilib

Cəmiyyət Materials 10 Noyabr 2007 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /müxbir TrendLife Firəngiz Əlizadə/

Nadir Qafarzadə və Aygün Kazımovaya həsr olunmuş "Mənə söz ver", "Bu Aygündür" filmləri "Beynəlxalq proqramlar və filmlər" festivalına təqdim olunacaq. Qeyd edək ki, festival Beynəxalq Televiziya və Radio Akademiyasının təşkilatçılığı ilə keçiriləcək. Hər iki filmin rejissoru Fidan Abbasdır. Festival "Mən burda yaşayıram" devizi altında keçirilir. Onu da nəzərinizə çatdıraq ki, məlumatı TrendLife-a akademiyanın həqiqi üzvü Elçin Əlibəyli verib. Fesival dekabrın 2-dən 7-dəki keçiriləcək.

Xəbər lenti

Xəbər lenti