...

"İnter"in müdafiəçisi Avro-2008 çərçivəsində Belçikaya qarşı keçiriləcək oyuna çağırılıb

Cəmiyyət Materials 19 Noyabr 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "İnter"in müdafiəçisi Mahir Şükürov Avropa çempionatı-2008-in seçmə mərhələsi çərçivəsində, noyabrın 21-də Bakıda T.Bəhramov adına Respublika stadionunda Belçikaya qarşı keçiriləcək oyunda iştirak etmək üçün Azərbaycan yığmasına dəvət alıb.

Trend in verdiyi məlumata görə, komandanın baş məşqçisi Coko Hacıyevski Helsinkidə Finlandiyaya qarşı keçirilən və 1:2 hesablı məğlubiyyətlə başa çatan oyun zamanı Usim Ndukanın zədə almasından sonra, onun xidmətindən istifadə etmək qərarına gəlib. Şükürov Azərbaycan vətəndaşı olan Nigeriya əsilli oyunçunu əvəz etmk üçün yığmaya çağırılıb. Həmçinin, makedoniyalı mütəxəssis iki oyunluq diskvalifikasiya olunan və yığmaya qayıdan Aslan Kərimovun da xidmətindən yararlana bilər.

Belçikaya qarşı oyun seçmə mərhələdə sonuncu oyun olacaq.

Xəbər lenti

Xəbər lenti