...

Bakı Apellyasiya Məhkəməsi Hacı Məmmədovun dəstəsi barədə hökmü qüvvədə saxladı

Cəmiyyət Materials 28 Noyabr 2007 11:55 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsi Hacı Məmmədovun dəstəsi barədə hökmü qüvvədə saxladı

Azərbaycan, Bakı ərdə / Trend , müxbir K.Zərbalıyeva/ Bakı Apellyasiya Məhkəməsi DİN-in sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstə üzvlərinin barəsindəki hökmü qüvvədə saxladı.

Məmmədovun rəhbərlik etdiyi dəstə 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı ifşa olunub.

MTN-də aparılan ibtidai istintaq zamanı Məmmədovun və rəhbərlik etdiyi dəstənin 1995-ci ildən 2005-ci ilədək 13 qətl və 8 adam oğurluğu və digər cinayətlər törətdiyi müəyyən olunub.

Dəstə başçısına Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Çərşənbə günü Məmmədovun və digərlərinin verdiyi apellyasiya ştkayəti üzrə qərar elan olunub. Məhkəmənin qərarı ilə hökmün yalnız üç məhkum barəsindəki hissəsi qismən dəyişdirilib. Məhkəmənin qərarı ilə dəstə üzvü Novruz Nuriyevin cəzası 12 ildən 11 ilə endirilib.

Kamil Sədrəddinovun Xətai rayonu Babək prospekti ev 86, mənzil 26 ünvanındakı mənzilinin müsadirəsi ilə bağlı Səbail rayon məhkəməsinin qərarı ləğv olunub və həmin mənzil həbsdən azad edilib.

Qərara görə, təqsirləndirilən Nizami Abdullayevin cəzasının çəkmə müddətinin əvvəli onun Rusiyanın Jeleznodorojsk şəhər polis idarəsi tərəfindən həbs olunduğu 8 dekabr 2005-ci il tarixdən hesablanacaq. Digər təqsirləndirilənlər barəsində isə məhkə hökmü dəyişdirilmədən saxlanılıb. Bakı Apellyasiya Məhkəməsi apellyasiya prosesi zamanı təqsirləndirilən şəxslərin ifadələrində göstərilən məsələlərin yoxlanılması məqsədilə sənədlərin Baş Prokurorluğa göndərilməsi barədə xüsusi qərar qəbul edib.

16 yanvar 2007-ci il tarixli məhkəmə hökmü ilə dəstə üzvləri Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15 il, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 12 il, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10 il, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9 il, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev 8 il iş alıb. Aqil Hüseynov (2 il maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) 2 il şərti, Azər Əliyev 2 il şərti azadlıqdan məhrum edilib. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti