...

Azərbaycanlı rəssamlar beynəlxalq "Çank-Art 2007" festivalından qayıdıblar

Cəmiyyət Materials 26 Dekabr 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Ankarada "Çank-Art 2007" adlı beynəlxalq sərgi başa çatıb. Burada dünyanın altı ölkəsindən --Azərbaycandan, Rusiyadan, Bolqarıstandan, Qırğızıstandan, Gürcüstandan, Türkiyədən olan rəssamlar iştirak edirdilər. Bizim ölkəni 3 rəssam -- ata və oğul Arif və Orxan Hüseynovlar, həmçinin, Vahid Talıb təmsil edirdi. Sərgi barədə Arif Hüseynov TrendLife-a bunları söylədi: "Sərgi Müasir İncəsənət Mərkəzində keçdi. Adıçəkilən mərkəz Ankarada ən iri qalereyalardan sayılır. Biz Orxanla bərabər orada on beş iş təqdim elədik. Ümumilikdə sərgidə 60 rəssam iştirak edirdi. Mənim üçün əsas olan oradakı rəssamlarla ünsiyyət idi".

Xatırladaq ki, gələn ilin noyabr ayında Ankarada yenidən sərgi keçiriləcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti