...

Taekvando üzrə Azərbaycan yığması Olimpiadaya dörd lisenziya qazanmağı nəzərdə tutub

Cəmiyyət Materials 28 Dekabr 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov / "Bizim məqsədimiz Pekin Olimpiadasına dörd lisenziya qazanmaqdır" - deyə Taekvando üzrə Azərbaycan yığmasının baş məşqçisi Ələkbər İmaməliyev Trend ə bildirib.

Məşqçi qeyd edib ki, komanda qarşısına Milli Federasiya tərəfindən məhz bu vəzifə qoyulub və o da bunu həyata keçirməyə səy göstərəcək.

"Biz vakansiyaları təkcə kişilərin deyil, qadınların da hesabına əldə etməyi nəzərdə tutmuşuq. Buna görə, mənə elə gəlir ki, yanvarın sonlarında İstanbulda keçiriləcək lisenziya yarışına optimal heyət aparacağıq" - deyə mütəxəssis bildirib.

İmaməliyev əlavə edib ki, yığma qarşıdan gələn kvalifikasiya yarışlarında uğurlu çıxış etmək üçün son aylar ərzində Koreyada səmərəli təlim-məşq toplanışı keçib.

Xəbər lenti

Xəbər lenti